Ronaldu baş məşqçiyə qarşı belə hörmətsizlik etdi

Ronaldu baş məşqçiyə qarşı belə hörmətsizlik etdi

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində "Brentford"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçi Erik ten Haqın əlini sıxmayıb.

Fanat.Az xəbər verir ki, 90 dəqiqə mübarizə aparan portuqaliyalı superulduz "Brentford Kommyuniti" stadionunun meydançasını tərk edərkən niderlandlı mütəxəssisin yanından keçsə də, əlini ona uzatmayıb.

Xatırladaq ki, MY İPL-in ilk turunda "Brayton"a da uduzub - 1:2. Hazırda ilk 2 turda xal qazana bilməyən "qırmızı şeytanlar" turnir cədvəlinin son pilləsindədir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər