Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanını tərk etdi

Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanını tərk etdi

"Əl-Nəsr"in superulduzu Kriştianu Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanını tərk edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.

Məlumata görə, Ronaldunun şəxsi təyyarəsi artıq Madridə eniş edib. Mənbə 41 yaşlı superulduzun nişanlısı Corcinya Rodriqes və 5 övladı ilə yaşadığı Ər-Riyaddan Yaxın Şərqdəki siyasi vəziyyət, paytaxtın ötən həftə dronlarla vurulması səbəbindən ayrıldığını vurğulayıb.

Cari mövsüm "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 20 matça çıxan təcrübəli forvard 20 qolla yadda qalıb. O, fevralda formasını geyindiyi klubun oyunlarını qış transfer pəncərəsində heyət gücləndirilmədiyi üçün boykot etmiş, daha sonra komandanın sıralarına qayıtmışdı.

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər