Ronaldu 40 yaşından sonra vurduğu ilk qola münasibət bildirdi

Ronaldu 40 yaşından sonra vurduğu ilk qola münasibət bildirdi

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 19-cu turunda “Əl-Fayha” üzərində qazanılan qələbəyə (3:0) qolla töhfə verib.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu 40 yaşa qədəm qoyandan sonra ilk dəfə fərqlənib.

O, matçın ardında sosial şəbəkə hesablarında paylaşım edib: “Qələbə və 40 yaşdan sonra ilk qol”.

Xatırladaq ki, Ronaldu cari mövsüm bütün turnirlərdə 26 matça çıxaraq 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Kriştianunun 40 yaşı fevralın 5-də tamam olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər