Ronaldosuz "Real" qol sevinci yaşamadı - VİDEO

Ronaldosuz "Real" qol sevinci yaşamadı - VİDEO
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Fanat.az xəbər verir ki, “Mançester Siti” Madrid “Real”ını qəbul edib. 
Səfər oyununda Kriştiano Ronaldosuz oynamalı olan "Real" qol vura bilməyib. Meydan sahibləri də fərqlənmədiyindən qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, mərhələnin digər oyunu bu gün "Atletiko" (İspaniya) və "Bavariya (Almaniya) arasında keçiriləcək.
 
Çempionlar Liqası
Yarımfinal
İlk oyun
26 aprel
Mançester Siti (İngiltərə) - Real (İspaniya) 0:0
Mançester Siti: Co Hart, Bakari Saqna, Vinsent Kompani, Qael Klişi, Nikolas Otamendi, Fernando, Xesus Navas (Raheem Sterlinq, 77), Kevin de Bruyne, David Silva (Keleşi İheanaço, 40), Fernandinyo, Serxio Aquero.
Ehtiyat oyunçular: Villi Kaballero, Pablo Zabaleta, Aleksandar Kolarov, Eliaquim Manqala, Fabian Delp.
Baş məşqçi: Manuel Pellegrini.
Real: Keylor Navas, Pepe, Serxio Ramos, Marselo, Daniel Karvajal, Toni Kroos (İsko, 90), Qaret Beyl, Karlos Kasemiro, Lukas Vazkuez, Luka Modriç, Kərim Benzema (Jese Rodriges, 46).
Ehtiyat oyunçular: Kiko Kasilla, Rafael Varane, Danilo, Ceyms Rodriges, Mateo Kovaciç.
Baş məşqçi: Zinəddin Zidan.
Sarı vərəqələr: David Silva, 40 - Pepe, 24. Daniel Karvajal, 90+2.
Hakimlər: Cüneyt Çakır, Cem Satman, Tarık Onqun, Sərkan Ok (Türkiyə).
Əlavə hakim köməkçiləri: Hüseyin Göçek, Barış Şimşək (Türkiyə).
Mançester. Şəhər stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər