Ronaldonun qiyməti açıqlandı

Ronaldonun qiyməti açıqlandı

“Real”ın kapitanı Serxio Ramos hücumçuları Kriştiano Ronaldonun Fransa PSJ-sinə mümkün transferi məsələsinə münasibət bildirib.

Qol.Az-ın yaydığı xəbərə görə, o qeyd edib ki, kimin pulu çoxdursa, Ronaldonu ala bilər.

"Ronaldonun qiyməti bir milyard avrodur. Kimin bu qədər pulu varsa, Ronaldonu alsın” – deyə o, zarafatla bildirib.S.Ramos əlavə edib ki, Ronaldo Madriddə qalmalıdır: “Çünki o, burada xoşbəxtdir”.

Qeyd edək ki, bir müddət əvvəl yayılan xəbərlərə görə, Ronaldonun PSJ-yə transferi 100 milyon avroya başa gələ bilər. Bundan başqa, klubun futbolçunun özü üçün ildə 18 milyon avro verməyə hazır olduğu bildirilib.

Qaynar.info

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər