Ronaldonun maaşı A Seriyasındakı 10 klubun büdcəsindən çoxdu

Ronaldonun maaşı A Seriyasındakı 10 klubun büdcəsindən çoxdu
"Real"dan "Yuventus"a transfer olunan Kriştiano Ronaldo yeni klubunda rəsmi oyunlarda hələ qol vura bilməsə də, maaşı ilə gündəmə əlib.
Fanat.Az İtaliya mediasına istinadən xəbər verir ki, Turin klubunda illik 31 milyon avro maaş alacaq 33 yaşlı ulduz ölkədə ən çox qazanan futbolçudu.
Ronaldo A Seriyasının 10 klubunun - "Atalanta", "Kalyari", "Kyevo", "Empoli", "Frosinone", "Cenoa", "Parma", "Sassuolo", "Spal" və "Udineze"nin ümumilikdə futbolçularına verəcəyi maaşdan daha çox məvacib alacaq.
Ronaldoan sonra A Seriyasında ən çoz maaş alan futbolçu Qonzalo Hiquayndı. "Yuventus"un "Milan"a icarəyə verdiyi argentinalının illik maaşı 9,5 milyon avrodu. İlk "üçlüy"ü "Liverpul"dan "Yuventus"a keçən Emre Can qapayır - 5 milyon avro.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər