Braziliyada təşkil olunan dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə G qrupunda sonuncu turun oyunları keçirilib.
Portuqaliya millisi Qananı, Almaniya ABŞ-ı sınağa çəkib. Portuqaliyalılar 2:1, almanlar 1:0 hesablı qələbə qazanıb. Bu nəticələrdən sonra 7 xal toplayan Almaniya qrup birincisi kimi 1/8 finala yüksəlib. İkinci vəsiqəyə isə Portuqaliyanı top fərqində üstələyən ABŞ sahib çıxıb. Beləliklə, Kriştiano Ronaldonun dünya çempionatı macərası başa çatıb.
Qeyd edək ki, H qrupunda sonuncu turun oyunları saat 01.00-da başlayacaq. Belçika Cənubi Koreyanı, Əlcəzair Rusiyanı sınağa çəkəcək. Bununla da qrup mərhələsi bitəcək.
Onu da qeyd edək ki, bundan əvvəl Braziliya, Xorvatiya, Hollandiya, Çili, Kolumbiya, Yunanıstan, Kosta Rika, Uruqvay, Fransa, İsveçrə, Argentina və Nigeriya 1/8 finala çıxıb.
1 | Almaniya | 3 | 2 | 1 | 0 | 7:2 | 7 |
2 | ABŞ | 3 | 1 | 1 | 1 | 4:4 | 4 |
3 | Portuqaliya | 3 | 1 | 1 | 1 | 4:7 | 4 |
4 | Qana | 3 | 0 | 1 | 2 | 4:6 | 1 |
Fanat.az