Ronaldodan daha bir rekord və 800-cü qol

Ronaldodan daha bir rekord və 800-cü qol
Çempionlar Liqasının qrup mərhələsinin son turunda rekord müəyyənləşib. Fanat.az xəbər verir ki, Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Arxada qalan 5 turda 8 dəfə fərqlənən "Real"ın ulduzu "Kopenhagen"lə matçda komandasının ikinci qoluna imza atıb. Bununla da 9 qol vuran portuqaliyalı Çempionlar Liqasının qrup mərhələsində yeni rekor müəyyənləşdirib. Bundan başqa o, "Real"ın Avropadakı 800-cü qolunun müəllifi olub.
Qeyd edək ki, 2002/03 mövsümündə argentinalı Ernan Krespo və italyan Filippo İnzaqi, 2004/05 mövsümündə isə holland Ruud van Nistelrooy qrup mərhələsində 8 qol vurmuşdu. Cari mövsümün 5 turunda isə Ronaldo ilə yanaşı PSJ-dən İbrahimoviç də 8 dəfə fərqlənmişdi. Lakin o, bu gecə "Benfika"ya qarşı oynamadığından rekorda şərik ola bilməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər