Ronaldodan daha 2 rekord

Ronaldodan daha 2 rekord

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo yeni rekordlara imza atıb. Fanat.az xəbər verir ki, portuqaliyalı ötən gecə keçirilən "Roma" ilə oyunda iki rekord müəyyənləşdirib.

Səfərdə baş tutan qarşılaşmada hesabı açan Ronaldo Çempionlar Liqasının "pley-off" mərhələlərindəki 40-cı qolu olub. Bununla da 31 yaşlı hücumçu qitənin bir nömrəli yarışının "pley-off" mərhələlərində ən çox qol vuran oyunçu adını qazanıb.

Forvard “pley-off” mərhələlərində ən çox oyun keçirən “Barselona”nın sabiq kapitanı Xavi Hernandesə çatıb. “Roma” ilə görüşdə meydana start heyətində daxil olan Ronaldo qrupdan sonrakı mərhələlərdə 56-cı oyununa çıxmış olub. O, cavab matçında də iştirak etsə, bu rekordu yeniləyəcək.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər