Ronaldo özündən və Messidən sonrakı 6 ulduzu açıqladı

Ronaldo özündən və Messidən sonrakı 6 ulduzu açıqladı

"Real"ın ulduzu Kriştiano Ronaldo özündən və "Barselona"lı həmkarı Lionel Messidən sonrakı 6 ulduz namizədin adını açıqlayıb. Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu bu barədə İspaniya mətbuatına açıqlama verib.

Jurnalistlər Ronaldodan özündən və Messidən sonra dünyaya səs salacaq 6 ulduz futbolçunun adını soruşublar. Portuqaliyalı ulduzun cavabı "Gözəl sualdı. Marko Asensio (Real), Kilian Mbappe (Monako), Neymar (PSJ), Osman Dembele (Barselona), Eden Hazard (Çelsi) və Markus Reşfordda (Mançester Yunayted) böyük potensial olduğunu düşünürəm. Fikrimcə, futbolun gələcəyini onlar müəyyənləşdirəcək" olub.

Ronaldo bu il Çempionlar Liqasında sürpriz gözləmədiyini bildirib: "Komandalar eynidi. "Real", "Barselona", "Bavariya", PSJ, "Yuventus". Bu il sürpriz gözləmirəm. Bu komandaların 4-ü yarımfinala çıxacaq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər