Ronaldo yeni rekorda doğru

Ronaldo yeni rekorda doğru

Madrid "Real"ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo rekord təkrarlayıb. 

Fanat.Az xəbər verir ki, Ronaldo "Sevilya" ilə səfər qarşılaşmasında penaltidən fərqlənməklə Sançesin rekorduna şərik çıxıb.

1:2 hesablı məğlubiyyətlə üzləşən Madrid təmsilçisinin portuqaliyalı hücumçusu 67-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Beləliklə, 31 yaşlı futbolçu La Liqada penaltidən 56-cı dəfə fərqlənib.

İndiyədək vahid rekordçu 1985 - 1992-ci illərdə "Real Madrid"də çıxış etmiş meksikalı Uqo Sançes olub. Ronalda buna 249, Sançes 347 oyunda nail olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər