Ronaldo yenə Messini geridə qoydu - Fantastik qazanc

Ronaldo yenə Messini geridə qoydu - Fantastik qazanc
ABŞ-ın "Forbes" jurnalı ən çox gəlir əldə edən futbolçularının reytinqini dərc edib. Fanat.az xəbər verir ki, reytinqə üçüncü dəfə ardıcıl olaraq "Real"ın və Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo başçılıq edir.
O, yenidən "Barselona"nın argentinalı ulduzu Lionel Messini geridə qoyub. Ronaldonun illik gəliri 3 milyon dollar artaraq 82 milyon dollar təşkil edib. Bu məbləğdən 53 milyon dolları "Real"dakı əmək haqqı və bonusların payına düşür. Sponsor müqavilələrin payına düşən məbləğ isə 29 milyon dollar təşkil edir.
Sizlərə reytinq cədvəlini təqdim edirik:
1. Kriştiano Ronaldo (Real)
Gəlir: 82 milyon dollar
Əmək haqqı+bonuslar: 53 milyon dollar
Reklam: 29 milyon dollar
Sponsorlar: Nike, Tag Heuer, Herbalife, Clear For Men, Pestana Hotel Group
2. Lionel Messi (Barselona)
Gəlir: 77 milyon dollar
Əmək haqqı+bonuslar: 51 milyon dollar
Reklam: 26 milyon dollar
Sponsorlar: Adidas, Gatorade, Lays, EA Sports
3. Zlatan İbrahimoviç (PSJ)
Gəlir: 37 milyon dollar
Əmək haqqı+bonuslar: 30 milyon dollar
Reklam: 7 milyon dollar
Sponsorlar: Nike, Volvo, Vitamin Well
4. Neymar (Barselona)
Gəlir: 36 milyon dollar
Əmək haqqı+bonuslar: 14 milyon dollar
Reklam: 22 milyon dollar
Sponsorlar: Nike, Rexona, Clear, Panasonic
5. Qaret Beyl (Real)
Gəlir: 34 milyon dollar
Əmək haqqı+bonuslar: 24 milyon dollar
Reklam: 10 milyon dollar
Sponsorlar:  Adidas, BT Sport, Sony Xperia
6. Ueyn Runi (Mançester Yunayted)
Gəlir: 26 milyon dollar
Əmək haqqı+bonuslar: 20 milyon dollar
Reklam: 6 milyon dollar
Sponsorlar: Nike, Harper Collins
7. Serxio Aquero (Mançester Siti)
Gəlir: 24 milyon dollar
Əmək haqqı+bonuslar: 17 milyon dollar
Reklam: 7 milyon dollar
Sponsorlar: Puma, Pepsi, EA Sports
8. Luis Suares (Barselona)
Gəlir: 23 milyon dollar
Əmək haqqı+bonuslar: 18 milyon dollar
Reklam: 5 milyon dollar
Sponsorlar: Adidas, Pepsi, Abitab
9. Eden Hazard (Çelsi)
Gəlir: 22 milyon dollar
Əmək haqqı+bonuslar: 18 milyon dollar
Reklam: 4 milyon dollar
Sponsorlar: Nike, Topps, Lotus Bakeries
10. Kesk Fabreqas (Çelsi)
Gəlir: 21 milyon dollar
Əmək haqqı+bonuslar: 16 milyon dollar
Reklam: 5 milyon dollar
Sponsorlar: Puma, Beats by Dre
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər