Ronaldo və Messini geridə qoydu

Ronaldo və Messini geridə qoydu
Çempionlar Liqasının B qrupunda mübarizə aparan "Qalatasaray"ın şərəfini qoruyan Umut Bulut maraqlı statistikaya imza atıb. Fanat.az xəbər verir ki, türkiyəli futbolçu Kriştiano Ronaldo və Lionel Messini geridə qoyub.
"Real"la qarşılaşmada əvəzetmədən oyunda daxil olan Umut komandasının tək qoluna imza atıb. "Yuventus"la görüşdə də 74-cü dəqiqədə meydana daxil olan Bulut "sarı-qırmızılar"ın qələbə topunu vurub. Statistikaya görə isə Umut hər 14 dəqiqəyə bir qol vurub. Bu göstərici Messidə 30 dəqiqə, Ronaldoda isə 36 dəqiqədi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər