ABŞ-ın "Bleacherreport" saytı dünanın ən sürətli 10 futbolçusunu müəyyənləşdirib. Fanat.az xəbər verir ki, siyahıda dünyanın ən yaxşı futbolçuları - Kriştiano Ronaldo və Lionel Messi yer almayıb.
Məlum olub ki, dünyanın ən sürətli futbolçusu "Arsenal"ın üzvü Teo Ualkottdu. Onu Parmadan Conatan Biabiani izləyir. İlk "üçlüy"ü Çinin "Beijing Quan" klubunun üzvü Coffre Querron qapayır.
1. Teo Ualkott (Arsenal, İngiltərə)
2. Conatan Biabiani (Parma, İtaliya)
3. Coffre Querron (Beijing Quan, Çin)
4. Marvell Uyne (Kolorado Rapids, ABŞ)
5. Ryo Miyaiçi (Arsenal, İngiltərə)
6. Viktor İbarbo (Kalyari, İtaliya)
7. Lukas Moura (PSJ, Fransa)
8. Aryen Robben (Bavariya, Almaniya)
9. Aaron Lennon (Tottenhem, İngiltərə)
10. İqnazio Abate (Milan, İtaliya)
Fanat.az