"Yuventus”un superulduzu Kriştiano Ronaldo istirahət anlarında da diqqət mərkəzindədi.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı xanımı Corcina Rodrigeslə birlikdə Londonda gözəl gün keçirib.
Cütlük öncə Royal Opera Evində baletə baxıb. Bununla bağlı Corcina instaqram hesabından paylaşım edib və gözəl rəqsə görə rəqqaslara minnətdarlığını bildirib. Uşaqlıqdan balet vurğunu olduğunu vurğulayan Rodriges ərinin Londonda ona etdiyi bu sürprizdən xoşbəxt olduğunu da izləyiciləri ilə bölüşüb. Ardından yerli oteldə məskunlaşan ailənin bir gecə üçün ödədiyi məbləğ 10 min avrodan çox olub. Xüsusi restoranlardan birində isə Ronaldo, xanımı və böyük oğlu tennisçi Novak Cokoviçlə görüşüb. Ronaldo cəmi 15 dəqiqəyə şəraba 31 min avrodan çox para verib. "Yuve"nin forvardı 20 min avroya olan, dünyanın ən bahalı içkilərindən birini süfrəyə gətizdirəndən sonra 10 min avroluq başqa şərabın da dadına baxıb.
Ronaldo və ailəsi İngiltərənin paytaxtında Novak Cokoviçin oyununu da seyr edəcək.
Fanat.Az