Ronaldo Rusiya klubuna keçir - 2 milyon avroya

Ronaldo Rusiya klubuna keçir - 2 milyon avroya

Bolqarıstanın "Levski" klubunun braziliyalı hücumçusu Ronaldo karyerasını Rusiyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, bu barədə "Sport-Ekspress" məlumat yayıb.

Mənbənin məlumatına görə, Premyer Liqa klubu bolqarlara ilkin olaraq 1,5 milyon avro təklif edib. Qarşı tərəf bu təklifi rədd edib. Lakin oyunçunu 2 milyon avroya buraxmağa hazır olduqlarını çatdırıblar.

Qeyd edək ki, 23 yaşlı hücumçunun tam adı Ronaldo Sezar Soares dos Santosdur. O, bu mövsüm "Levski"nin heyətində 24 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun "Levski" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" hücumçunun dəyərini 1,5 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər