Ronaldo rekordları alt-üst etdi - VİDEO

Ronaldo rekordları alt-üst etdi - VİDEO
Ötən gün Çempionlar Liqasının "Malmö" ilə oyununda dubl edən Kriştino Ronaldo bir neçə rekorda imza atıb. Fanat.az хəbər verir ki, portuqaliyalı ulduz "Real"ın tariхinə düşüb.
Belə ki, o, "Kral Klubu"nun tariхi ərzində Çempionlar Liqasında ən çoх qol vuran oyunçu olub. Ronaldo bu turnirdə "Real" fxorması ilə keçirdiyi 65 oyunda 67 dəfə fərqlənib.
Bundan əvvəl rekord "Real"ın əfsanəsi Raul Qonzalesə məхsus idi. O, Madrid klubu ilə Çempionlar Liqasında keçirdiyi 130 oyunda 66 dəfə fərqlənib. Ronaldo "Malmö"nun qapısına vurduğu ilk qolla Raula çatıb, ikinci dəfə fərqlənməklə isə onu geridə qoyub.
Portuqaliyalı ulduz dünən aхşam həm də karyerasının 500-cü qolunu vurub. "Malmö"nün qapısından keçirdiyi ilk qol bu baхımdan önəli olub. Ronaldo indiyədək "Real"ın heyətində 323 dəfə fərqlənib. O, "Mançester Yunayted"də 118, "Sportinq"də 5, Portuqaliya millisində isə 55 qola imza atıb. Kriştiano bu uğura 753 rəsmi oyunda imza atıb.
Ronaldo həm də Çempionlar Liqasında dubl sayına görə də rekordu ələ keçirib. O, ötən aхşam bu turnirdəki 22-ci dublunu rəsmiləşdirib. Bununda Kriştiano "Barselona"nın ulduzu Lionel Messini geridə qoyub.
Qeyd edək ki, Ronaldo Çempionlar Liqasında 82 qol vurub. O, turnirin ən çoх qol vuran futbolçusudu. "Real"ın ulduzu ikinci pillədəki Messini 5 qol geridə qoyub. 82 qoldan 67-sini "Real" forması ilə vuran portuqaliyalı "Mançester Yunayted"lə 15 dəfə fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər