Ronaldo "Real"dan gedir - rəhbərliklə razılaşdı

Ronaldo "Real"dan gedir - rəhbərliklə razılaşdı
Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo mövsümün sonunda İspaniya təmsilçisini tərk edəcək. Fanat.az xəbər verir ki, portuqaliyalı klub rəhbərliyi ilə ortaq məxrəcə gəlib.
Bu iddia ilə "Sky Sports" çıxış edib. Mənbədə bildirilir ki, "kral klubu" artıq 31 yaşı olan və ildə 21 milyon avro ödədiyi futbolçunu göndərməkdə maraqlıdı. Təbii ki, klub "Real"la 2018-ci ilə qədər müqaviləsi olan futbolçunu pulsuz buraxmayacaq. 
Məlumata görə, futbolçunu heyətində görmək istəyən hər hansı bir klub ən azı 60 milyon avrosundan keçməlidi. Ancaq təklifdə Ronaldonun şərtlərinə də əməl olunmalıdı. Belə ki, "Real"a təklif göndərəcək klub bir il üçün Ronaldonun özünə də 20-25 milyon avro maaş ödəməlidi.
Qeyd edək ki, bu məbləği portuqaliyalının sabiq klubu "Mançester Yunayted" və PSJ-nin ödəyə biləcəyi bildirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər