Braziliyalı veteran futbolçu Ronaldo "Qızıl top" mükafatını Lionel Messinin qazanacağına inanır. Fanat.az xəbər verir ki, dünya futbolunun canlı əfsanələrindən hesab olunan "Yekədiş" "Marka"ya açıqlamasında argentinalının hazırda futbolun ən böyük ulduzu olduğunu bildirib.
"Məncə Messi "Qızıl top"u alacaq. Çünki son 5 ildə bir çox oyuna çıxdı və hələdə futbolun ən böyük ulduzudu" deyə Ronaldo qeyd edib.
Ronaldo "Qızıl top"u ardıcıl 4 ildi qazanan Messinin bu mövsüm yaşadığı zədələrin mükafatı yenidən almasına təsir etməyəcəyini deyib: "Zədələnməsi ciddi bir durum deyil. Bəlkə bir az istirahət edəndən sonra yenidən özünə gələcək".
Fanat.az