İspaniya La Liqasında XXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Real" ötən axşam "Atletik"in qonağı olub və heç-heçə oynayıb - 1:1.
Bununla da "Kral Klubu" məğlub olan "Barselona"nı keçmək imkanını itirib. Hazırda hər iki komandanın aktivində 54 xal var. Turnir cədvəlinə isə 57 xalla "Atletiko" başçılıq edir.
Qeyd edək ki, matçın 76-cı dəqiqəsində Kriştiano Ronaldo qırımızı vərəqə alıb.
Fanat.az