Ronaldo: "Çox pul qazanmaq istəsəydim, Qətərə gedərdim"

Ronaldo: "Çox pul qazanmaq istəsəydim, Qətərə gedərdim"

"Real"ın futbolçusu Kriştiano Ronaldo "Mançester Siti"yə keçmək ehtimalını dəyərləndirib.

O, çox pul qazanmaq üçün hər hansı klubun təklifini qəbul etməyəcəyini deyib:

"Düşünürsünüz, pul  fikrimi dəyişməyə məcbur edə bilər? Mən belə hesab etmirəm. Ən yaxşı təklifdən də imtina edə bilərəm. Əgər çox pul qazanmaq istəsəydim, Qətərə gedərdim. Çünki orada pul "Mançester Siti"dən çoxdur. Ancaq mənim üçün önəmli olan bu deyil. Əsas olan işə sevgidir".(qol.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər