Braziliya futbolunun əfsanələrindən Ronaldo "Real"ın şərəfini qoruyan İker Kasilyas haqda danışıb. Fanat.az xəbər verir ki, bir vaxtlar "Real"da da forma geyən ulduz Kasilyasın ağır günlər keçirdiyini bildirib:
"Kasilyas ağır günlər keçirir. Bugünə qədər o belə vəziyyətlə üzləşməmişdi. Ancaq bunu da qeyd etmək lazımdı ki, o dünyanın ən güclü qapıçılarından biridi. Dieqo Lopezə qarşı oynamışam və onun da son dərəcə yaxşı olduğunu deyə bilərəm. Buna görə Ançelottinin qolkiper tərəfdən bir problem yaşayacağını düşünmürəm".
Ronaldo həmyerlisi Neymardan danışmağı da yaddan çıxarmayıb: "Keyfiyyətli futbolçular bir-birini daha yaxşı başa düşür. Neymar əvvəlcə çətinlik çəkəcək, amma Avropada digər güclülərlə yaxşı nəticə göstərəcək. Braziliyada son illərdə demək olar ki, inkişaf etmədi. Avropada futbol daha tez böyüyür. Ona görə də Neymarın burda daha çox inkişaf edəcəyini düşünürəm".