Ronaldo PSJ-yə keçə bilər

Ronaldo PSJ-yə keçə bilər
Fransanın PSJ klubu ulduz futbolçu Kriştianu Ronaldoya elçi düşüb. 
Fanat.Az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 
İddialara görə, Paris təmsilçisi gələn ilin yayında portuqaliyalı hücumçuya müqavilə təklif etməyi planlaşdırır.
Ronaldonun klubu "Yuventus"da maddi problem olduğunu nəzərə alan PSJ rəhbərliyi bu fürsətdən istifadə edərək ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, 2018-ci ilin yayında "Yuventus"a keçən Ronaldonun İtaliya klubu ilə müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər