Ronaldo Messini keçdi

Ronaldo Messini keçdi
Kriştiano Ronaldo Lionel Messini qabaqlayıb. Fanat.az xəbər verir ki, "Real"ın portuqaliyalı ulduzu Çempionlar Liqasında "Yuventus"un qapısına qol vurmaqla yeni rekord müəyyənləşdirib.
Belə ki, ötən il Messi yanvarın 1-dən ilin sonunadək turnirdə 13 qol vurmuşdu. "Yuventus"la oyunda fərqlənən Ronaldo isə bu il Çempionlar Liqasında vurduğu qolların sayını 14-ə çatdırıb və rekordu Messinin əlindən alıb. Argentinalı ulduz bu il hələlik 7 dəfə fərqlənib.
Qeyd edək ki, cari mövsümdə Çempionlar Liqasının 4 turunda 8 dəfə fərqlənən Ronaldo bombardirlər yarışına liderlik edir. Portuqaliyalı ulduz indiyədək turnirdə 59 qola imza atıb və Andrey Şevçenko ilə birlikdə ən çox fərqlənənlər siyahısında 4-cü pilləni tutur. Çempionlar Liqasında ən çoq qolu Raul Qonzales vurub - 70. Lionel Messinin aktivində 63, Ruud Van Nistelrooyun aktivində isə 60 top var.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər