Ronaldo Messini geridə qoydu

Ronaldo Messini geridə qoydu

“Real”ın hücumçusu Kriştianu Ronaldo yeni rekorda imza atıb. Fanat.az xəbər verir ki, ötən gecə “Şalke 04”ə qarşı oynadığı oyunda iki dəfə fərqlənən ulduz futbolçu qitə miqyaslı klub turnirlərində vurduğu qolların sayını 78-ə çatdırıb.

O, bu göstərici ilə də “Real”ın sabiq hücumçusu Raul Qonzalesi və “Barselona”ın argentinalı forvardı Lionel Messini geridə qoyub.

Qeyd edək ki, "Real" - "Şalke 04" oyununda qapılara yeddi qol vurulub – 3:4. Qazanılan qələbəyə baxmayaraq, iki oyunun nəticəsinə görə "Şalke 04" turnirlə vidalaşıb, “Real” növbəti mərhələyə adlayıb. Ronaldo isə bu oyunda dubl edib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər