La Liqanın prezidenti Xavyer Tebas "Real"dan "Yuventus"a keçən Kriştianu Ronaldo barədə açıqlama verib.
Fanat.Az xəbər verir ki, o, portuqaliyalı futbolçunun A Seriyada İspaniyadan daha çox qazanacağını bildirib.
"İtaliyada Ronaldo İspaniyadakı vergi sistemi ilə müqayisədə daha çox qazanacaq. Bzi əlverişsiz şəraitdəyik. Oyunçular İspaniyada daha çox pul itirirlər. Bu problem üzərində düşünməliyik. Belə ki, bu hal çempionatın potensialına ciddi ziyan vura bilər", deyə Tebas "Marca"ya açıqlamasında bildirib.
Qeyd edək ki, Ronaldo bu ay 112 milyon avroya "Real"dan "Yuventus"a transfer olunub.
Fanat.Az