"Real"ın ulduzu Kriştiano Ronaldo yanvarın 13-də keçiriləcək "Qızıl top" mükafatının təqdimat mərasiminə qatılacaq. Fanat.az xəbər verir ki, bu barədə portuqaliyalı futbolçu öxzü açıqlama verib.
Ronaldonun FIFA prezidenti Zepp Blatterlə aralarında yaranan gərginliyə görə Sürixdəki mərasimə qatılmayacağı deyilirdi. Lakin "Real"ın superstarı bütün söz-söhbətlərə son qoyub: "Mükafat haqqında çox şey danışmaq istəmirəm. Deyə biləcəyim tək şey var: mərasimə qatılacam. Mükafatı Frank Riberi və ya Lionel Messi qazansa, ədalətli olacaq? Bu barədə danışmaq istəmirəm. Mən həmişəki kimi işimi görməyə və "Real"a yardım etməyə çalışıram. Mükafatı qazansam gözəl olacaq. Qazanmasam da, həyat davam edir".
Fanat.az