Ronaldo coşdu, "Real" mövsümə kubokla başladı - VİDEO

Ronaldo coşdu, "Real" mövsümə kubokla başladı - VİDEO
UEFA Superkubokunun sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının qalibi "Real" Avropa Liqasının çempionu "Sevilya"nı sınağa çəkib.
"Kardiff Siti" stadionunda keçirilən qarşılaşmada 2 qol vurulub. "Real"ın ulduzu Kriştiano Ronaldo 30-cu dəqiqədə Qaret Beylin ötürməsini tora qovuşduraraq hesabı açıb. Portuqaliyalı futbolçu 49-cu dəqiqədə ikinci qolu rəqib qapısından keçirib - 2:0.
Qeyd edək ki, "Real" indiyədək 4 dəfə Superkubokun iştirakçısı olub. 2002-ci ildə çempion adını qazanan "Kral Klubu" 1998 və 2000-ci illərdə uduzub. "Sevilya" isə 2006-cı ildə kuboku başı üzərinə qaldırıb, 2007-də məğlubiyyətə üzülüb.
Superkubok
12 avqust
Real (İspaniya) - Sevilya (İspaniya) 2:0
Qollar: Kriştiano Ronaldo, 30; 49.
Real: İker Kasilyas (k), Pepe, Serxio Ramos, Fabio Koentrao (Marselo, 84), Daniel Karvajal, Toni Kroos, Ceyms Rodriges (İsko, 72), Qaret Beyl, Luka Modriç (Asyer İllarramendi, 86), Kriştiano Ronaldo, Kərim Benzema.
Ehtiyat oyunçular: Keylor Navas, Rafael Varane, Alvaro Arbeloa, Angel di Maria.
Baş məşqçi: Karlo Ançelotti.
Sevilya: Beto, Federico Fazio (k), Fernando Navarro, Nikolas Pareya, Koke (Dioqo Fiqueyras, 84), Qreqori Kriçovyak, Daniel Karriço, Denis Suares (Jose Antonio Reyes, 78), Vitolo, Aleyks Vidal (İaqo Aspas, 66), Karlos Bakka.
Ehtiyat oyunçular: Mariano Barbosa, Yayro Samperio, Visente İborra, Luismi.
Baş hakim: Unai Emeri.
Sarı vərəqələr: Daniel Karvajal, 45. Toni Kroos, 53 - Vitolo, 42. Fernando Navarro, 66.
Hakimlər: Mark Klattenburq, Simon Bek, Stuart Burt, Darren Enqland (İngiltərə).
Kardiff. "Kardiff Siti" stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər