Ronaldo 400-ə çatdı, Messi geridə qaldı

Ronaldo 400-ə çatdı, Messi geridə qaldı
Kriştiano Ronaldo daha bir uğura imza atıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz "Yuventus"un A Seriyasının IX turunda "Cenoa" ilə "sülh" bağladığı (1:1) matçın 18-ci dəqiqəsində komandasını hesabda önə keçirib. 
Bu onun "Böyük beşlik" çempionatlarında (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 400-cü qolu olub. Ronaldo İngiltərə Premyer Liqasında "Mançester Yunayted"in heyətində 84, İspaniya La Liqasında "Real"la 311 qol vurub. A Seriyasının ilk 9 turunda 5-ci qolunu vuran portuqaliyalı 400-ə çatıb.
Ronaldonun bu seriyada ən yaxın izləyicisi "Barselona"lı Lionel Messidi - 389 qol.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər