Ronald Kumanın yerini digər məşhur həmyerlisi tuta bilər

Ronald Kumanın yerini digər məşhur həmyerlisi tuta bilər

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Mərakeşə uduzaraq (1:1, penaltilər - 2:3) mundialla vidalaşan Niderland yığmasının baş məşqçi postunu tərk edən Ronald Kumanın yerinə əsas namizədlərdən biri açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Touchline" yayıb.

Məlumata görə, mayın sonunda "Liverpul"dan ayrılan niderlandlı mütəxəssis Arne Slotdur. Mənbə Niderland Kral Futbol İttifaqının artıq Slotla əlaqə saxladığını diqqətə çatdırıb.

Xatırladaq ki, sözügedən çalışdırıcı 2024/2025 mövsümündə "Liverpul" ilə İngiltərə Premyer Liqasının qalibi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər