Romelu Lukaku Türkiyə nəhəngində - RƏSMİ

Romelu Lukaku Türkiyə nəhəngində - RƏSMİ

"Fənərbağça" heyətini dünya futbolunun tanınmış simalarından biri ilə gücləndirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" İtaliyanın “Napoli” klubunda çıxış edən 33 yaşlı belçikalı hücumçu Romelu Lukaku ilə 1+1 illik müqavilə üzrə razılığa gəlib.

Lukakunun bu axşam İstanbulda olması gözlənilir.

Belçikalı forvard ötən mövsüm sol bud nahiyəsindən keçirdiyi zədə səbəbindən komandası ilə cəmi 7 oyunda meydana çıxıb və 1 qol vurub. O, 2026-cı il Dünya Çempionatında Belçika millisinin heyətində 6 qarşılaşmada iştirak edərək 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər