Romelu Lukaku: "Geri döndüyüm üçün xoşbəxtəm"

Romelu Lukaku: "Geri döndüyüm üçün xoşbəxtəm"

"Çelsi"nin hücumçusu Romelu Lukaku sabiq klubu Milan "İnter"i ilə müqavilə bağlamaq üçün İtaliyaya uçub.

Fanat.Az xəbər verir ki, öncə tibbi müayinədən keçəcək Belçika millisinin forvardı artıq sosial şəbəkə hesabları üzərindən paylaşım da edib:

"İnter"ə qayıtdığım üçün xoşbəxtəm".

Xatırladaq ki, Lukaku "Çelsi"yə ötən yay, 115 milyon avro qarşılığında məhz "İnter"dən transfer olunub və müddəti 2026-cı ilin 30 iyun tarixinə qədər olan müqaviləyə imza atıb. Son mövsümdə "zadəganlar"ın formasıyla ümumilikdə 44 matça çıxan Romelu 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər