Rodriqonun "Real"dakı aqibəti necə olacaq?

Rodriqonun "Real"dakı aqibəti necə olacaq?

"Real Madrid"in vingeri Rodriqo Qoesin "Kral klubu"ndakı taleyinin necə olacağına aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, braziliyalı futbolçu müddəti 2028-ci ilə qədər olan müqaviləyə imza atacaq. Mənbə yeni sözləşmədə Rodriqonun sərbəstqalma məbləğinin də əksini tapacağını vurğulayıb - 1 milyard avro.

Cari mövsüm "Real" forması ilə 11 oyuna çıxan 22 yaşlı cənubi amerikalı 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Rodriqo 2019-cu ildən İspaniya nəhənginin uğurları üçün çalışır. Onun klubu ilə indiki müqaviləsinin müddəti 2025-ci ilin 30 iyun tarixinə qədərdir. "Transfermarkt" portalı "sambaçı"nın transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər