"Real Madrid"in hücumçusu Rodriqonun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçirilən matçda - "Lill" (Fransa) ilə görüşdə meydana çıxmamasının səbəbi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "MadridXtra" yayıb.
Xəbərə görə, 23 yaşlı futbolçu belindəki problem üzündən komandasına kömək edə bilməyib.
O, La Liqanın VIII turunda "Atletiko Madrid"ə qarşı oyunda (1:1) zədələnib.
Qeyd edək ki, Rodriqo "Lill" ilə görüşdə ehtiyat oyunçular skamyasında yer alsa da, oynamayıb. Görüş "Real"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.