Rodriqo Mbappeni "Real"da görmək istəyir, amma...

Rodriqo Mbappeni "Real"da görmək istəyir, amma...

"Real"ın 22 yaşlı braziliyalı hücumçusu Rodriqo Madrid klubunun PSJ-nin ulduz futbolçusu Kilian Mbappeni transfer etmək ehtimalına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano braziliyalı futbolçunun dediklərini belə çatdırıb: 

“Mbappe ilə müqavilə imzalayardımmı? Əlbəttə. O, yüksək səviyyəli oyunçudur. Amma bunu məndən yox, klubdan soruşmalısan.

Tezliklə Endrikimiz olacaq... O, çox sürətli və çox güclüdür. O, inanılmazdır!”.

Qeyd edək ki, "Real" bir neçə gün əvvəl 16 yaşlı vunderkind Endriki transfer edib.

24 yaşlı Mbappe isə 2018-ci ilin yayından PSJ-də çıxış edir. Onun Fransa komandası ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər