Rodriges açıqladı: "Mbappe böyük sevinclə "Real"a keçəcək"

Rodriges açıqladı: "Mbappe böyük sevinclə "Real"a keçəcək"
PSJ-nin sabiq yarımmüdafiəçisi - hazırda "Las-Palmas"da oynayan Xese Rodriges Paris təmsilçisinin ulduzu Kilian Mbappenin "Real"a keçəcəyinə əmin olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, "El Partidazo de COPE" Rodrigesin sözlərini belə çatdırıb:
"O, "Real"a böyük sevinclə keçər. Mbappenin kumiri həmişə Kriştianu Ronaldu olub. Kilian "Real"ı sevir. Əminəm ki, bir gün o komandada oynayacaq".
Qeyd edək ki, İspaniya nəhəngi yayda 22 yaşlı Kilianı heyətinə qatmaq istəyir. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər