Roberto Martinez: "İtaliyaya nəyə qadir olduğumuzu göstərməliyik"

Roberto Martinez: "İtaliyaya nəyə qadir olduğumuzu göstərməliyik"

Belçikanın baş məşqçisi Roberto Martinez UEFA Millətlər Liqasında İtaliya ilə oyunda üçüncü yer uğrunda görüşdən əvvəl gözləntilərini bölüşüb.

Fanat.Az "Calciomercato"nəşrinə istinadən xəbər verir ki, 48  yaşlı mütəxəssis oyuna tam hazır olduqlarını dilə gətirib:  "Yaxşı məşq etdik və İtaliya ilə oyuna yaxşı hazırlaşmışıq. Tam olaraq hazırıq. Fransa ilə matçdakı məğlubiyyətdən sonra böyük bir məyusluq oldu, amma bu artıq bitdi, indi yeni bir dövrə başlayırıq. Qarşıdakı görüşün nə qədər əhəmiyyətli olacağını bilirəm. Noyabrda Dünya Çempionatının seçmə mərhələsində qalibiyyət qazanmalıyıq, buna görə meydançaya çıxan hər kəs nəyə qadir olduğumuzu sübut etməlidir".

Xatırladaq ki, üçüncü yer uğrunda oyun Bakı vaxtı ilə 17:00-da başlayaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər