Roberto Karlosun rekordu təkrarlandı - VİDEO

Roberto Karlosun rekordu təkrarlandı - VİDEO

Ötən gün Çempionlar Liqasının qrup mərhələsində "Real Madrid" səfərdə  "Şerif"ə 3:0 hesabı ilə qalib gəlib. 

Fanat.Az xəbər verir ki, oyunda hesabı açan  David Alaba "Kral klubu"nun tarixinə düşüb. 

Belə ki, "Real Madrid"in heyətində 2004-cü ildən bəri ÇL-də cərimə zərbəsindən qol vuran ilk müdafiəçisi olub.

Sonuncu dəfə 16 il əvvəl klubun braziliyalı əfsanəsi, сinah müdafiəçisi Roberto Karlos fərqlənmişdi. .

Alabanın qolunun videosunu təqdim edirik:

Qeyd edək ki, Çempionlar Liqasının D qrupunda mübarizə aparan "Real Madrid" 5 turdan sonra 12 xalla turnir cədvəlinə başçılıq edir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər