Roberto Karlos: "Zidan "Real"da hər vəzifənin öhdəsindən gələ bilər"

Roberto Karlos: "Zidan "Real"da hər vəzifənin öhdəsindən gələ bilər"
Keçmiş klubu "Real Madrid"in baş məşqçi məsələsinə dair açıqlama verən braziliyalı əfsanə Roberto Karlos Zinəddin Zidanı xeyli tərifləyib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Sivasspor"un baş məşqçisi "Məşqçilər gəlir və gedirlər. Ançelotti, ya da başqası fərq etməz. Kim olursa-olsun "Real Madrid"i çalışdırmağın çox çətin olduğunu bilməlidir", deyib.
Son olaraq fransız əfsanəsi Zidan haqqında danışan Karlos "Zidan "Real"da hər vəzifənin öhdəsindən gələ bilər. O, sakit və ağıllı biridir. Baş məşqçilik daxil olmaqla bir çox vəzifənin öhdəsindən gələ biləcək bir insandır", deyə bildirib.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər