Roberto De Dzerbinin yeni iş yeri bilindi - SON DURUM

Roberto De Dzerbinin yeni iş yeri bilindi - SON DURUM

"Brayton"un keçmiş baş məşqçisi Roberto De Dzerbi tezliklə Fransanın "Olimpik Marsel" klubunun çalışdırıcısı təyin olunacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, italiyalı mütəxəssislə müqavilənin bütün detalları artıq razılaşdırılıb. Onun yeni klubu ilə müqaviləsi 3 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, İngiltərənin "Brayton" komandasında De Dzerbini bu yaxınlarda "Sent Pauli" ilə parlayan Fabian Hürzeler əvəzləyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər