Roberto De Dzerbinin yeni iş yeri bilindi

Roberto De Dzerbinin yeni iş yeri bilindi

"Brayton"un keçmiş çalışdırıcısı Roberto De Dzerbi Fransanın "Olimpik Marsel" klubunun baş məşqçisi təyin olunub.

Fanat.Az xəbər verir ki, bu barədə Marsel klubunun mətbuat xidməti açıqlama yayıb. 

Fransa klubu italyan mütəxəssislə prinsipial razılığa gəldiyini açıqlayıb.

Tanınmış insayder Fabritsio Romano De Dzerbinin "Olimpik Marsel" ilə müqaviləsinin müddətinin 2027-ci ilin iyun ayına qədər, yəni üç illik olduğunu bildirib.

"Brayton" Roberto De Zerbinin gedişinə görə təxminən 6 milyon avro təzminat alacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər