Roberto De Dzerbi "Şaxtyor"la bir araya gələcək

Roberto De Dzerbi "Şaxtyor"la bir araya gələcək

Donetsk "Şaxtyor"unun baş məşqçisi Roberto De Dzerbi yoldaşlıq oyunları keçirməyə hazırlaşan komandasının "sükanı arxası"nda olacaq. Rusiyanın Ukraynaya hücumu üzündən komandadakı işləri yarımçıq qalan mütəxəssis yerli mətbuata ürək sözlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, "Sport.ua" saytı 42 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb: 

“Uşaqlara söz vermişdim ki, onlara yardımçı olmağa çalışacağıq. Futbolçuları yenidən qucaqlamaq üçün səbirsizlənirəm. Onlara futbol oynamaq üçün yeni şans vermək və buna şərait yaratmaq mənim üçün vacibdir. Biz bunu oyunçular və heyət üçün edirik”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər