"İtaliya ilə oyunda komandam bütün gücünü meydanda qoyacaq". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyanın tportal.hr saytına müsahibə verən baş məşqçi millimizin gələn ay keçirəcəyi oyunlarla bağlı danışıb: "İtaliya bizim üçün əla rəqibdi. Düzdü, onlar möhtəşəm oyun göstərmirlər. Amma daha çox qol vuraraq, qələbə qazanmağı bacarırlar və hazırda qrupda birinci yerdədilər. Bu görüş bizim üçün çox vacibdi. Ardınca isə Bolqarıstana gedəcəyik".
Fanat.az