Robert Levandovski üçün xüsusi mükafat - FOTO

Robert Levandovski üçün xüsusi mükafat - FOTO
Polşa yığmasının hücumçusu Robert Levandovski ölkə rəhbərliyi tərəfindən xüsusi mükafata layiq görülüb.
 
Fanat.Az xəbər verir ki, Almaniyanın "Bavariya” klubunun formasını geyinən 32 yaşlı futbolçu, Polşada prezident nişanı ilə mükafatlandırılıb.
 
Bu, Polşanın ən prestijli ordenlərindən biri hesab olunur və böyük şücaət nümayiş etdirmiiş əskərlərə, ölkəsini xaricdə uğurla təmsil edən insanlara verilir.
 
Mükafatı futbolçuya ölkə prezidenti Andrey Duda şəxsən təqdim edib. Polşa lideri təcrübəli hücumçunu tərifləməyi də unutmayıb:
 
"Hər kəs Levandovski, Kristiano Ronaldo kimi futbol oynaya bilməz. Sən dünyanın ən yaxşısısan”.
 
Levandovski isə bu mükafatın onun üçün xüsusi önəmi olduğunu vurğulayıb: "Son illərdə neçə kubok, mükafat qazansam da, tənha qaldığım zamanlarda həmişə bu nişanı düşünəcəyəm. Bunun dadını çıxarmağa çalışacağam. İndiyə qədər qazandığım uğurlarla kifayətlənməyi düşünmürəm. Hədəflərim çox yüksəkdir”.
 
Robert Levandovski üçün xüsusi mükafat - FOTO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər