Robbi Kin İsrail klubunun baş məşqçisi təyin olundu

Robbi Kin İsrail klubunun baş məşqçisi təyin olundu

“Tottenhem”in sabiq hücumçusu Robbi Kin “Makkabi”nin (Təl-Əviv) baş məşqçisi təyin edilib.

Fanat.Az İsrail klubunun saytına istinadən xəbər verir ki, onunla iki illik müqavilə imzalanıb.

Bu, keçmiş futbolçu üçün ilk baş məşqçilik təcrübəsi olacaq. O, daha əvvəl İrlandiya millisində, "Midlsbro"da və "Lids"də köməkçi məşqçi vəzifəsində çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər