"Fənərbaxça"nın Aryen Robbeni transfer etməyə hazırlaşdığı barədə xəbərlər yayılıb. Fanat.az xəbər verir ki, İstanbul klubu çox keçmədən informasiyalara rəsmi münasibət bildirib.
Rəsmi saytla yayımlanan açıqlamada Hollandiya yığmasının və "Bavariya"nın üzvü barədə yayıdan xəbərlər təkzib olunub: "Mediada "Robben hərakatı" başlığı ilə yayılan xəbər doğru deyil. Prezidentimiz Aziz Yıldırım və baş məşqçimiz Ersun Yanal arasında iddia edildiyi kimi hər hansı bir transfer görüşü olmayıb. Bu və bənzər həqiqətə uyğun olmayan xəbərlərin ciddiyə alınmamasını xahiş edirik".
Fanat.az