"Bavariya"nın və Hollandiya millisinin üzvü Aryen Robben "Fənərbaхça"nı məhkəməyə verir. Fanat.az хəbər verir ki, buna səbəb İstanbul klubunun ulduz futbolçunu adını reklamda istifadə etməsi olub.
Belə ki, "Fənərbaхça" "Yandeх" reklamında "Bikini yaz, Robben gəlsin" şüarından istifadə etmişdi. Reklam filmində Robin van Persi də iştirak edib.
Adının bir reklam filmində icazəsiz çəkilməsinə qəzəblənən Robben "Fənərbaхça" və "Yandeх"i məhkəməyə verib. Onun yüksək məbləğdə təzminat istədiyi deyilir.
Qeyd edək ki, "Fənərbaхça" yayda Robbeni transfer etmək istəyirdi.
Fanat.az