Rivaldo və Neymarın bacısı dövlət çevrilişinə cəhddə ittiham olunurlar

Rivaldo və Neymarın bacısı dövlət çevrilişinə cəhddə ittiham olunurlar

Braziliya prokurorluğu futbol veteranı Rivaldo və "Əl-Hilal"ın hücumçusu Neymarın bacısı Rafaella Santosu dövlət çevrilişinə cəhddə ittiham edib.

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb. 

Məlumata görə, Lula da Silva Braziliyada prezident seçkilərində qələbə qazanandan sonra baş verən iğtişaşlara və dövlət çevrilişi cəhdlərinə Rivaldo və Rafaella Santos da qatılıblar. 

İğtişaşlar Lula da Silvanın Jair Bolsonaro üzərində qələbəsinə qarşı təşkil olunub. Rivaldonun iğtişaşların təşkilini 10 min avro ilə dəstəklədiyi bildirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər