Braziliya millisinin əfsanəvi futbolçusu Rivaldo "Qızıl top"a namizədinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis bu barədə "TVP Sport" telekanalına müsahibəsi zamanı danışıb:
"Düşünürəm ki, Robert Levandovski (Robert Lewandowski) “Qızıl top”un favoritidir. "Bavariya"nın forvardı fantastik futbolçu və əla bombardirdir."
Xatırladaq ki, Rivaldo 1999-cu ildə "Qızıl top"un qalibi olub.
Emin