Rivaldo Neymarı qınadı: "Yanlış addım atdı"

Rivaldo Neymarı qınadı: "Yanlış addım atdı"
"Barselona"nın sabiq futbolçularından Rivaldo PSJ-nin hücumçusu Neymarın katalon klubuna mümkün keçidini dəyərləndirib.
Rivaldo Neymarı dünyanın ən yaxşı üç futbolçusundan biri hesab etmədiyini qeyd edib:
"Hazırda dünyanın ən yaxşı futbolçusu Messidi. Kriştianu Ronaldu ikincidi. Üçüncünün kim olduğunu bilmirəm. Sadəcə, bir şeyi dəqiq bilirəm ki, Neymar deyil. İspaniyaya qayıtsa, növbəti mövsüm üç ən yaxşı futbolçunun siyahısına düşə bilər. Hətta birinci olması da mümkündü.
Məncə, Neymar PSJ-yə keçməklə yanlış addım atdı. "Barselona"ya qayıtmağını istəyərəm. Neymarla birlikdə "Barsa" Çempionlar Liqasında daha iddialı olacaq. Səhv etdiyini bilirik, ancaq fikrimcə, qollarını sıralamağa başlasa, hər kəs onun səhvini unudacaq.
Yaxşı oyunçulara meydanda həmişə yer var. Messi, Suares, Qrizmann və Neymarın birlikdə oynaması futbolun və "Barselona"nın lehinədi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər